AZ

“IPhone 17” təqdim edildi

Apple şirkəti bu gün keçirilən təqdimat tədbirində yeni nəsil iPhone 17 modelini ictimaiyyətə təqdim edib.

Şirkət bu dəfə də texnologiya və dizayn baxımından yenilikləri ilə diqqət çəkir.

Yeni iPhone 17 6.3 düym ölçülü və 120 Hz tazələmə tezliyinə malik ekranla təchiz olunub.

Bu ekran daha axıcı və təkmilləşdirilmiş görüntü təcrübəsi təqdim edir, xüsusilə oyun və multimedia istifadəçiləri üçün nəzərdə tutulub.

Cihazda Apple-ın ən yeni və güclü prosessoru olan 3 nanometrlik A19 çipi istifadə olunub.

Şirkətin verdiyi məlumata görə, yeni GPU əvvəlki modellərlə müqayisədə 20 faiz daha güclüdür, bu isə yüksək performans və enerji səmərəliliyi deməkdir.

iPhone 17 beş əsas rəng seçimi ilə təqdim olunacaq.

Seçilən
49
1
banker.az

3Mənbələr