AZ

Milinkoviç-Saviç Avropaya qayıda bilər

“Əl-Hilal”ın yarımmüdafiəçisi Sergej Milinkoviç-Saviç karyerasını yenidən Avropada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçini Avropa klubları yaxından izləyir. İtaliya “Yuventus”u bu oyunçunun transferinə maraq göstərən klublardan biridir. Turin təmsilçisi futbolçunun agenti ilə də əlaqə saxlayıb.

Transfermarkt portalının ekspertləri Milinkoviç-Saviçin bazar dəyərini 17 milyon avro qiymətləndirirlər.

 Serbin müqaviləsi Səudiyyə Ərəbistanı klubunda gələn ilin yayına qədər qüvvədədir və tərəflərin mövcud mövsümün sonunda əməkdaşlığı davam etdirib-etdirməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına keçməzdən əvvəl Milinkoviç-Saviç İtaliyada 8 il “Latsio” klubunda çıxış edib.

Seçilən
59
90deqiqe.az

1Mənbələr