AZ

Fransanın yeni Baş nazirinin adı açıqlanıb

Fransa Prezidenti Emmanuel Makron ölkəyə yeni Baş nazir təyin edib.

Operativ Media xəbər verir ki, bu vəzifəyə müdafiə naziri Sebastyen Lekornyu təyin olunub.

Qeyd edək ki, sentyabrın 8-də Fransa Milli Assambleyanın (parlamentin aşağı palatası) əksər deputatları baş nazir Fransua Bayrunun proqram çıxışından sonra hökumətə etimad göstərməyiblər. 

Parlamentdə çıxışı zamanı Bayru ölkədə iqtisadi böhranın olduğunu və dövlət borcunun artdığını bildirib. O, iyul ayında təqdim etdiyi dövlət xərclərinin məhdudlaşdırılması planını müdafiə edib.

Həmin plana əsasən, 2026-cı ildə təxminən 44 milyard avro qənaət olunmalı idi. Bunun üçün pensiya və digər sosial ödənişlərin artırılmasından imtina nəzərdə tutulurdu.

Seçilən
40
3
operativmedia.az

3Mənbələr