AZ

Ayxan Abbasov: Emin Mahmudov üçün çox sevincliyəm

BAKI, 9 sentyabr. TELEQRAF

“Futbolçularıma təşəkkür edirəm. Hazırlaşmaq üçün cəmi bir gün vaxtımız var idi”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində evdə Ukrayna yığması ilə 1:1 hesablı heç-heçə etdikləri ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis oyunçuların meydanda mübarizə aparmalı olduqları tapşırdığını söyləyib: “Hesabdan asılı olmayaraq sona qədər mübarizə aparmalalarını demişdim. Azarkeşlərimizin dəstəyi də bizə kömək etdi. Emin Mahmudov yorulmuşdu, amma meydandan çıxmaq istəmədi. Azarkeşlərin dəstəyi ona kömək etdi. Qazandığımız xal bizkm inkişafımıza töhvə də verə bilər. Rəqib güclü idi. Hər iki komanda uzun səfərdən sonra yorğun idi. Emin Mahmudov üçün çox sevincliyəm, çoxdandır istədiyi qolu vurdu. İstəyim Azərbaycan futbolunun inkişaf etməsidir”.

Seçilən
51
teleqraf.com

1Mənbələr