AZ

Ukrayna millisinin baş məşqçisi: "Nəticəyə görə hər kəsdən üzr istəyirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu oyunda yaxşı çıxış edə bilmədik".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
"Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı. Öz oyunumuzu oynaya bilmirdik. Sadəcə olaraq, son 10 dəqiqədə hücum oyununumuzu göstərə bildik. Azərbaycan millisi əks-hücumlarda özünü yaxşı tərəfdən göstərə bildi. Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı".
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Anar Həsənov
Seçilən
52
50
oxu.az

10Mənbələr