DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupu üzrə keçirilən Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasını çalışdıran Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Cəmi bir gün vaxtımız var idi. Meydanda nəyimiz var qoyduq, mübarizə apardıq. Bu gün nə olur olsun, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, meydanda belə ruh görmürdük. Azarkeşlərin dəstəyinə görədir. Elvin dəyişiklik istəyirdi, Xaybullayev zədələndiyinə görə sona qədər meydanda qalmalıdı. Bu istək, bu qazanılan xal futbolumuza yeni bir ruh gətirəcək. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji olaraq çox çətin idi. Milli komandada ən çox qol vuran futbolçu olduğuna görə Eminin adına sevinirəm".