AZ

Keçmiş F1 sürücüsü Piastrinin addımını dəstəklədi

Keçmiş Formula-1 sürücüsü Cin Alesi “Maklaren” komandasının pilot Oskar Piastridən İtaliya Qran-prisinin sonlarında Lando Norrisin ikinci yerini geri verməsini istəməsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Corriere della Sera”ya istinadən yaydığı məlumata görə, Norrisin bolidi tək pit-stop zamanı uzun müddət xidmət göstərildiyi üçün britaniyalı sürücü trasda mövqeyini komanda yoldaşı Piastriyə itirib. Bundan sonra komandadan Piastriyə Norrisi ötməsi üçün göstəriş verilib və avstraliyalı sürücü bunu yerinə yetirib.

“Çoxları mənə soruşur ki, əgər titul uğrunda mübarizə aparırdım, mövqeyimi geri verərdimmi? Cavabım bəli olacaq, mən də eyni addımı atardım. Çünki mən komandanın bir hissəsiyəm və bu komanda hər üzvünə müəyyən mədəniyyət aşılayıb. Bu mədəniyyət isə qələbələr gətirir”, – deyə, Alesi bildirib.

Seçilən
15
90deqiqe.az

1Mənbələr