AZ

Apple iPhone Air ən incə iPhone təqdim olundu FOTO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Apple" şirkəti yeni iPhone Air modelini təqdim edib. Cəmi 5,6 mm qalınlığı ilə bu cihaz şirkətin tarixində ən incə iPhone oldu.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, smartfon "Apple"ın təqdimatında nümayiş etdirilib.

Korpusun 80%-i təkrar emal olunmuş titandan hazırlanıb. 6,5 düymlük Super Retina XDR displey ProMotion 120 Hz dəstəyi və 3000 nit parlaqlıqla gəlir.

Smartfon güclü A19 Pro çipi ilə işləyir, əlavə olaraq enerji səmərəliliyini artıran C1X və N1 çipləri ilə təchiz olunub. N1 Wi-Fi və Bluetooth modullarını birləşdirir.

Batareyanın tutumu açıqlanmasa da, "Apple" cihazın bir gün işlədiyini bildirir. Hətta yeni "hump case" (qalınlaşdırılmış çexol) də təqdim olunub.

Kamera sistemi sadələşdirilib: əsas 48 MP (26 mm EFR, f/1.6) kamera və 18 MP ön kamera mövcuddur. Arxa kamera 4K 60 fps videoyazma dəstəkləyir, ön kamera isə Center Stage funksiyası ilə gəlir.Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
3
news.milli.az

4Mənbələr