AZ

Gəncədə binadan yıxılan 3 yaşlı uşaq DÜNYASINI DƏYİŞDİ

Gəncədə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

2022-ci il təvəllüdlü M.Məmmədov ehtiyatsızlıqdan hündürmərtəbəli binadan yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
54
1
bizim.media

2Mənbələr