AZ

Ayxan Abbasov: Milli komandaya ruh lazımdır

ain.az, Idman.biz saytına istinadən bildirir.

"Öncə hər kəsi təbrik edirəm. Buna ehtiyacımız var idi".

İdman.biz bildirir ki, bu sözləri Ukrayna ilə DÇ-2026-nın seçmə oyunundan sonra millinin baş məşqçi əvəzi Ayxan Abbasov "CBC Sport"a deyib.

Bakıda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

"Futbolçuları təbrik etmək istəyirəm. Çünki çox çətin bir durumda idik. Məncə bu gün futbolçular üzərinə düşəndən artığını etdilər. Çünki ağır səfərdən gəlmişdilər, yorulmuşdular. Bu gün vuruşmaq lazım idi, xarakter göstərmək lazım idi. Bir gün vaxtımız oldu, burda çox şeyi dəyişə bilməzdik", - Abbasov deyib.

Onun sözlərinə görə, təcrübəli futbolçular komandanın toparlanmasına çox kömək ediblər: "Məğlub da ola bilərdik. Rəqibimiz Ukrayna idi. Düzünü demək lazımdır. Futboçuların xarakteri məni çox sevindirdi. Bəlkə də Elvin (Cəfərquliyev-red.) bu qədər qaçmamışdı. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. İnşallah, hər şey yaxşı olacaq. Məncə üzərimizə düşəni etdik".

Abbasovun qənaətinə görə, milli komandaya ruh lazımdır: "İnşallah, bunlar da olacaq. Azarkeşlər nəticə istəyir, bu da normaldır. Amma məncə millimizdə çoxdandır bu istək yox idi. Demək etmək olar".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
icma.az

4Mənbələr