AZ

“Heç kim Venesuelanı alçalda bilməz” Maduro

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti ilə bağlı danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Karakasda özəl televiziya kanalına danışan Maduro Vaşinqtonun Venesuelanı hədəf almasını narkotiklərlə mübarizə adı altında aparılan kampaniya kimi qiymətləndirib.

“Heç kim Venesuelanı alçalda bilməz və biz heç vaxt ABŞ-nin təhqirini qəbul etməyəcəyik. Venesuelada heç bir nəsil imperializm qarşısında baş əyməyəcək. Siz bəhanə olaraq narkotikdən istifadə edərək bizə hücum etməyə çalışırsınız, lakin bundan xəbərdarıq. Əsl niyyətiniz rejimimizi devirmək və sərvətlərimizi ələ keçirməkdir. Biz həm ordunu, həm də xalqı buna hazırlayırıq”, - deyə Maduro bildirib.

Məhəmməd Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
525.az

1Mənbələr