AZ

Qızılın qiyməti tarixi rekordunu yeniləməyə davam edir Yenilənib

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3 700 dolları keçib.

Yeniavaz.com xəbər verir ki, bu “Comex” birjasında paylaşılan məlumatlardan bəlli olub.

Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3 713,7 dollar təşkil edib. ***10:17

Qızılın qiyməti növbəti dəfə rekorda imza atıb.

Yeniavaz.com xəbər verir ki, bu, gələn həftə ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən baza faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda baş verib.

Belə ki, qiymətli metalın spot qiyməti, yəni hazırkı bazar dəyəri bir unsiya üçün 3 646,43 dollara yüksəlib ki, bu da rekord həddir.

Dekabr "Comex" qızıl fyuçersləri isə 0,7% artaraq bir unsiya üçün 3 677,2 dollar olub. Bu, dekbarda alınması nəzərdə tutulan hazırkı müqavilə dəyəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
yeniavaz.com

2Mənbələr