AZ

"Liverpul" ingiltərəli futbolçu üçün qışda təklif verməyəcək

"Liverpul" yanvarda Mark Qehini almağı planlaşdırmır.

Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, hazırkı Premyer Liqa qalibləri müdafiəçi üçün "Kristal Pelas"a pul təklif etməyi düşünmür. Onlar İngiltərə millisinin futbolçusunu 2026-cı ilin yayında azad agent kimi heyətə qatmaq niyyətindədirlər.

"Liverpul"a rəqabət aparmaq istəyən digər klublar da var, lakin oyunçunun özü məhz "qırmızıları" əsas seçim kimi görür.

saytlarin hazirlanmasi

Seçilən
75
1
sportal.az

2Mənbələr