AZ

AirPods Pro 3 təqdim olundu (FOTO)

Bakı. Trend:

“Apple” şirkəti üçüncü nəsil AirPods Pro 3 qulaqlıqlarını təqdimedib.

Trend xəbər verirki, yeniliklər arasında əsasən iki dəfə gücləndirilmiş səsboğucusistem və 30% uzunmüddətli batareya ömrü var – indi səsboğucu aktivolduqda belə qulaqlıqlar 8 saat işləyir.

Səsboğucu yalnız musiqiyə qulaq asmaqda deyil, həm də AppleIntelligence vasitəsilə nitqin real vaxtda tərcüməsində istifadəediləcək. Danışıq zamanı qulaqlıqlar səs tonunu avtomatikazaldacaq, cavablar isə tərcümə olunaraq iPhone ekranındagöstəriləcək.

Yeni model IP57 standartı üzrə toz və suya davamlıdır və ikiyeni sensor vasitəsilə nəbz ölçmə funksiyası qazanıb. Bütün məşqlər“Sağlamlıq” tətbiqində izləniləcək.

Qulaqlıqlar beş müxtəlif ölçüdə silikon ucluqla təchiz olunub.Qiymət – 249 ABŞ dolları. Artıq ön sifariş mümkündür.

AirPods
AirPods
AirPods
Seçilən
48
az.trend.az

1Mənbələr