AZ

Hindistan daha 250 qırıcı istəyir, amma... 500 ü bəs etmir

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistan hava qüvvələrinin planlaşdırdığı modernləşmə bir sıra problemlərlə üzləşib. 

Qaynarinfo xəbər verir ki, ölkə köhnəlmiş MiQ-21-ləri istismardan çıxarır, lakin yeni nəsil qırıcıların təchizatında ciddi gecikmələr müşahidə olunur. Müdafiə sahəsindəki mənbələrə görə, Hindistan təxminən 250 döyüş təyyarəsinə ehtiyac duyur ki, bu da bir çox dövlətlərin bütün hərbi aviasiyasından çoxdur.

"Indian Defense News" yazır ki, iki MiQ-21 eskadrilyasının sıradan çıxarılması ilə döyüşə hazır eskadrilyaların sayı tələb olunan 42-dən 29-a enəcək. Hazırda Hindistanın 500-dən çox qırıcısı var, onların əksəriyyəti Fransa və Rusiya istehsalıdır. Lakin yerli istehsal olan "Tejas" təyyarələrinin sayı cəmi 37-dir.

Analitiklər bildirirlər ki, Hindistanın aviasiyası Pakistanın (təxminən 400 qırıcı) imkanlarını üstələsə də, Çinin 1300-dən çox təyyarəlik hava parkı ilə müqayisədə xeyli geridə qalır. Bundan başqa, Rusiya istehsalı Su-30MKI qırıcılarının texniki xidməti beynəlxalq sanksiyalara görə çətinləşib, bu da Hindistan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını məhdudlaşdırır.

"Tejas" qırıcıları həm köhnə təyyarələrin əvəzlənməsi, həm də ümumi döyüş qabiliyyətinin artırılması üçün vacib hesab olunur. Amma 2021-ci ildə imzalanmış iri müqavilələrə baxmayaraq, Hindistan ordusu hələ bir dənə də olsun yeni təyyarə almayıb. Gecikmələr əsasən ABŞ istehsalı "General Electric" şirkətinin F404 mühərriklərinin çatışmazlığı ilə bağlıdır. Yeni partiyanın 2028-ci ildən tez gəlməyəcəyi gözlənilir.

Hindistan paralel olaraq öz mühərrikini hazırlamağa çalışır, amma bu proqram artıq 40 ilə yaxındır nəticəsiz davam edir. Bu isə ölkəni xarici təchizatçılardan asılı vəziyyətdə saxlayır.

Ölkə eyni zamanda Fransa ilə əməkdaşlığı genişləndirir. "Dassault Rafale" qırıcılarının alınması və istehsalın lokallaşdırılması planlaşdırılır. Fransanın "Safran" şirkəti də Hindistan sənayesi ilə birlikdə beşinci nəsil qırıcı layihəsi üzərində işləyəcək. Bundan əlavə, F404 mühərrikinin yeni versiyası F414-ün istehsalının 80 faiz texnologiya transferi ilə Hindistanda lokallaşdırılması nəzərdə tutulub.

Ekspertlərin fikrincə, Hindistanın əsas problemi təyyarələrin sayından çox, onların real döyüş hazırlığı və müasir şəraitdə etibarlılığı ola bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr