Yazını böyüt
Yazını kiçilt
Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində quraşdırılan elektrik löhvəsində 9 ədəd sayğac və 5 paq.m kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.