AZ

“Nə Rasim Balayev, nə də Fəxrəddin Manafov teatrı fəth edə bilmədilər, Həsən Turabov meydanı onlara vermişdi”- FOTO+ÖZƏL

“Atam teatrı hər zaman kinodan üstün tutub. O düşünürdü ki,  aktyor, əsl sənətkar teatrda yetişir. Mənim yadımdadır, xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O yəqin düşünürdü ki, kinoda olduğu kimi teatrı da fəth edə bilər. Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, "mənimki teatrda alınmadı". Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı da iti olmalıdır. Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bilmədilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan deyib.

O daha sonra əlavə edib:

“Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Ona görə də atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevinmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən “Nəsimi” filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. Fəxrəddin Manafovun “Təhminə və Zaur”-dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. Udarı Zaur rolu ilə vurdu və yadda qaldı. Bu mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz” deyə sənətkarın oğlu bildirib.

Seçilən
11
1
moderator.az

2Mənbələr