AZ

Ukrayna ilə heç heçə mənim üçün sürpriz olmadı

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan millisi güclü rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. İlk turda İslandiyadan alınan 0:5 hesablı yenilginin ardından baş məşqçi postundan göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşun finksiyasını müvəqqəti yerinə yetirən Ayxan Abbasov millini psixoloji cəhətdən toparlaya, ortaya əzmkar oyun qoya bildi. "Neftçi"nin və 17 yaşadək futbolçulatdan ibarət Azərbaycan yığmasının sabiq çalışdırıcısı Füzuli Məmmədovla əlaqə saxlayıb oyun batədə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ukrayna yığması ilə heç-heçə mənim üçün sürpriz olmadı. Oyundan əvvəl də məhz sizə verdiyim açıqlamada komandamızın 1 xal qazanacağına inandığımı demişdim. Çox yaxşı nəticədir. Bütün futbol ictimaiyyətini başda bu gün millini meydana çıxaran Ayxan Abbasov olmaqla, təbrik edirəm. Bir gün əvvəl yığmaya gəlib ruh düşkünlüyünü aradan qaldırmaq, komandanı inandırmaq və Ukraynaya qarşı oyuna çıxarmaq asan iş deyil. Meydana mümkün olan ən doğru heyət buraxılmışdı. 5-4-1 sistemi ilə müdafiə olunduq və uduzmadıq. Oyunçularımız cinahlarda diqqətli oynadılar, rəqibin keçidlərinə mane oldular. Millimizin futbolçuları əzmkarlıq nümayiş etdirərək 1 xal qazandılar. Kiminsə keyfiyyətindən aşağı oynadığını deyə bilmərəm. Millinin yeni bombardiri Emin Mahmudovu da təbrik edirəm. Yığmadakı 15-ci qolunu penaltidən vuran Emin həm yaxşı oynadı, həm də liderlik keyfiyyətlərini göstərdi".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr