AZ

Orban Aİ nin Ukrayna ilə bağlı planını açıqladı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Brüssel Ukraynadakı münaqişədən üzv ölkələri maliyyə asılılığına salmaq və onların suverenliyini zəiflətmək üçün bəhanə kimi istifadə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Biz döyüş meydanından kənarda İttifaqın gələcəyinə baxmalıyıq. Aİ kollektiv borc ideyasını təbliğ etməklə üzv dövlətləri suverenlikdən məhrum etmək istəyir”, – Orban vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Macarıstan hökumət başçısı Aİ-nin yaxın illərdə dağılacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, 2028–2035-ci illəri əhatə edəcək yeddiillik büdcə Brüssel üçün sonuncu olacaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
151
globalinfo.az

1Mənbələr