ABŞ, İsrailin HƏMAS liderlərinə qarşı Dohada həyata keçirdiyi hücumdan əvvəl Qətərdə yerləşən “Patriot” hava hücumundan müdafiə sistemlərini məsafədən deaktiv etmiş ola bilər.
Editor.az xəbər verir ki, bu barədə “Vzglyad” qəzetinə açıqlamasında Rusiya Hava Hücumundan Müdafiə Muzeyinin direktoru, hərbi ekspert Yuri Knutov məlumat verib.
Onun sözlərinə görə, Qətər ABŞ istehsalı olan “Patriot” komplekslərindən istifadə edir və bu sistemlər texniki baxımdan uzaqdan idarəetmə ilə söndürülə bilər:
“Konstruksiyası elə qurulub ki, lazım gəldikdə bu kompleksləri uzaqdan deaktiv etmək mümkündür. Mən əminəm ki, amerikalılar onları sadəcə olaraq söndürdülər”, – deyə Knutov bildirib.
//Samir Qurbanov, Editor.az
Ekspert qeyd edib ki, bu amil Dohaya edilən raket zərbəsi zamanı PVO-nun işə düşməməsinin əsas səbəblərindən biri ola bilər.