AZ

Universitet təmirində qalib MMC maliyyəsi ilə gündəmə gəldi

“Lənkəran Dövlət Universiteti” Publik Hüquqi Şəxsi tələbə yataqxanasının cari təmiri ilə bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət “MM İnşaat Group” MMC olub və 55 min 773 manat 88 qəpiklik müqavilənin bağlanacağı gözlənilir.

Təmir işlərinə qapıların bərpası, arko kranların və müxtəlif ventillərin quraşdırılması, isti və soyuq su xətləri ilə əlüzyuyanların istifadəyə verilməsi, laminasiya olunmuş taxta örtüklərin döşənməsi, dikt materiallarının alınması, döşəmələrin əsasının qurulması, həmçinin min kvadratmetrdən artıq tavan və iki min beş yüz kvadratmetrlik divar səthinin rənglənməsi daxildir.

Müsabiqənin qalibi olan şirkətin qanuni təmsilçisi Mirkamal Ağayev Əhməd oğludur. “MM İnşaat Group” MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur.

Seçilən
9
nocomment.az

1Mənbələr