AZ

Stiv Kuper məşqçilik karyerasını Danimarkada davam etdirəcək

“Nottingem Forest” və “Lester Siti”nin keçmiş baş məşqçisi Stiv Kuperin yeni iş yeri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bundan sonra Danimarkanın yüksək liqasında çıxış edən “Brondbü” klubunu çalışdıracaq.

 Kuper Danimarkanın məşhur klubu ilə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Kuper “Nottingem Forest”i 2022-ci ildə Çempionşipdə qələbəyə aparıb və komandanı Premyer Liqaya çıxarıb. O, həmçinin İngiltərə U17 komandası ilə Dünya Kubokunu qazanıb. Ötən mövsüm “Brondbü” Danimarka çempionatını üçüncü, bu mövsüm isə komanda dördüncü pillədə qərarlaşıb.

Seçilən
59
90deqiqe.az

1Mənbələr