AZ

Orban: Avropa Ukraynanı üzv ölkələrin suverenliyini zəiflətmək üçün istifadə edir

Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkə X-də Avropa İttifaqının Ukrayna münaqişəsini üzv ölkələrin suverenliyini zəiflətmək məqsədilə bəhanə kimi istifadə etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Orban bildirib ki, “Avropa İttifaqı Ukraynadakı konflikti maliyyə bağı ilə bizi birləşdirmək üçün bəhanə kimi istifadə etmək istəyir”.

O həmçinin vurğulayıb ki, Avropa rəhbərliyi maliyyə borclarını ön plana çıxarmaqla ölkələrin müstəqilliyini məhdudlaşdırmağa çalışır.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr