İsrailin Dohada HƏMAS-ın danışıqlar üzrə heyətinin olıduğu binaya hava zərbəsində qruplaşma lideri Xəlil əl-Həyyənin ofisi üzrə müdir və oğlu Həmmam əl-Həyyah da daxil olmaqla 5 nəfər həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Süheyl əl-Hindi Qətərin Əl-Cəzirə televiziyasına açıqlama verib.
İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinin olduğu binaları vurmasını dünyada böyük rezonans doğurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumda HƏMAS liderlərinin öldürülməsi haqqında iddialar yayılsa da, qruplaşma xəbəri təkzib edib.
Samir Musayev
MİA.AZ