MAQATE və İran nüvə obyektlərində təftiş fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi X sosial şəbəkəsində məlumat verib.
"Bu gün Qahirədə İranın xarici işlər naziri Arakçı ilə İranda yoxlama fəaliyyətinin bərpasının praktiki üsulları barədə razılığa gəldik. Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır", - o deyib.
İran XİN rəhbəri də belə bir razılaşmanın olduğunu təsdiqləyib.