AZ

Afrikada 46 saatlıq unudulmaz qatar səyahəti: Tazara iki ölkəni birləşdirir

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Afrikanın ən maraqlı dəmir yolu marşrutlarından biri – Tazara turistlərə 46 saatlıq təbiət qoynunda unikal səyahət imkanı yaradır. 

Qaynarinfo "Daily Express”ə istinadən xəbər verir kiki, 1800 kilometr uzunluğa malik bu dəmir yolu Tanzaniyanın şərq sahilindəki Dar-əs-Salam şəhərini Zambiyanın mərkəzində yerləşən Kapiri-Mpoşi ilə birləşdirir.

"Lonely Planet” bu marşrutu dünyanın "ən heyrətamiz dəmir yolu səyahətlərindən biri” adlandırıb. Qatar milli parkların və təbiət qoruqlarının ərazisindən keçərək, sərnişinlərə zürafə, fil, zebra, antilop və digər vəhşi heyvanları görmək imkanı verir.

Yol Mikumi milli parkının cənubundan başlayır, Selyus qoruğundan keçir və Böyük Ruaha çayını aşır. Daha sonra Kilombero vadisi, Kibasira bataqlığı, Mlimba ("fil krallığı”) və Makambako ("öküzlər diyarı”) bölgələrindən keçir. Ən möhtəşəm mənzərələrdən biri isə 50 metr hündürlüyündə sütunlar üzərində salınmış Mpanqa çayı üzərindəki körpüdür.

Səyahət zamanı qatar Cənub dağlıq yaylasına qalxır, Njombe bölgəsində çay və qəhvə plantasiyalarının yanından keçir və Udzungwa dağları milli parkına daxil olur. Buradan Kipengere silsiləsinə möhtəşəm mənzərə açılır. Sonra marşrut Mbeya bölgəsinə, Usangu düzənliyinə və Tunduma şəhəri vasitəsilə Zambiya sərhədinə çatır.

Zambiya ərazisində dəmir yolu Çambeshi çayını keçir, Muçinqa dağlarının ətəklərindən, Serenje və Mkuşi bölgələrindən keçərək Kapiri-Mpoşiyə qədər uzanır.

Qatarlar hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri iki istiqamətdə yola düşür. İstəyənlər üçün 107 dayanacaqla adi marşrut, daha az dayanacaqla isə ekspress variant mövcuddur.

Tazara 1970–1975-ci illərdə Çin maliyyə dəstəyi ilə inşa olunub. Layihənin əsas məqsədi dənizə çıxışı olmayan Zambiyanı Rodeziya və Cənubi Afrikanın ağ azlıq hakimiyyətindən iqtisadi asılılıqdan azad etmək idi.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
qaynarinfo.az

1Mənbələr