AZ

Qətər əmiri İsrailin Dohaya hücumuna görə beynəlxalq məsuliyyət tələb etdi

ain.az bildirir, Dogru.az portalına istinadən.

Qətər əmiri Təmim bin Həməd Əl Tani dünya ictimaiyyətini İsrailin Dohaya endirdiyi zərbələrə görə hüquqi məsuliyyət daşımağa çağırıb.

Doğru.az xəbər verir ki, bu barədə əmirin dəftərxanası onun ABŞ lideri Donald Trampla söhbətindən sonra məlumat yayıb.

“Əlahəzrət beynəlxalq ictimaiyyəti İsrailin çirkin hərəkətlərinə görə hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb”, – bəyanatda vurğulanır.

Bundan əvvəl Qətər Daxili İşlər Nazirliyi Qəzza zolağında HƏMAS rəhbərinin oğlunun İsrail ordusunun zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.

Tramp isə İsrailin Dohaya hücumunun Yaxın Şərqdə sülhün bərqərar olması üçün “qapı aça biləcəyini” bəyan edib.

BMT baş katibi Antonio Quterreş də İsrailin Dohada Fələstin nümayəndələrinə qarşı hücumunu kəskin şəkildə pisləyib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
50
dogru.az

10Mənbələr