AZ

Tramp Qətərdən Qəzza məsələsində vasitəçiliyi davam etdirməsini istəyib

BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə söhbəti zamanı ondan Qəzzada atəşkəslə bağlı danışıqlarda vasitəçi kimi fəaliyyətə davam etməsini istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Qətər liderinin ofisindən bildirilib.

Siyasətçilərin telefon danışığından sonra monarxın ofisinin saytında dərc olunan bəyanatda deyilir: "ABŞ prezidenti Qətərin münaqişələrin müxtəlif tərəfləri arasında vasitəçilik səylərini yüksək qiymətləndirib və əmiri Qəzzada atəşkəs danışıqlarında iştirakını davam etdirməyə çağırıb".

Amerika lideri Qətər lideri ilə söhbətində əmirliyin "suverenliyinə qəsd edilməsini pislədiyini" və "Doha ilə həmrəy olduğunu" vurğulayıb.Trampın sözlərinə görə, regionda həll olunmamış problemlər yalnız diplomatiya yolu ilə həll edilə bilər.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Seçilən
85
teleqraf.com

1Mənbələr