AZ

Omskda Feliks Dzerjinskinin abidəsi ucaldılıb

Omskda şəhər administrasiyasının qarşısındakı parkda Ümumrusiya Fövqəladə Komissiyasının (VÇK) təsisçisi Feliks Dzerjinskinin abidəsi ucaldılıb...

Poliqon bu barədə “Kommersant” qəzetinə istinadən xəbər verir.

Omsk memarı Mixail Minin və Sankt-Peterburqlu heykəltəraş Anton Şiqorets tərəfindən yaradılmış abidə tuncdan hazırlanıb. Onun rəsmi açılışı sentyabrın 11-nə, VÇK-nın ilk sədrinin doğum gününə planlaşdırılıb.

Quraşdırmanın təşəbbüskarı təhlükəsizlik orqanlarının əməkdaşları və veteranlarına sosial-hüquqi dəstək regional fondu yardım olub. Fonddan verilən məlumata görə, abidənin yaradılması ideyası bir neçə ildir ki, müzakirə olunurdu.

Layihə şəhərdə ciddi mübahisələrə səbəb olub. Kazak Xalqının Atamanlar Şurası abidənin əleyhinə çıxış edərək, "repressiya simvolunun əbədiləşdirilməsinin qəbuledilməz olduğunu" bəyan edib.

Omsk heykəli artıq Feliks Dzerjinskinin Rusiya regionlarında son bir həftədə ucaldılan ikinci abidəsi olub. Sentyabrın əvvəlində oxşar abidə Vladivostokda peyda oldu. Abidə Okeanski prospektində, Primorsk diyarı prokurorluğunun binasının yanında qoyulmuşdu.

Xatırladaq ki, “Dəmir Feliks”in ən məşhur abidəsi əvvəllər Moskvanın Lubyanka meydanında DTK binasının yanında yerləşirdi. 1991-ci ilin avqustunda sökülüb və hazırda Muzeon İncəsənət Parkının ərazisində yerləşir. 2015-ci ildə Rusiya Kommunist Partiyası abidənin tarixi yerinə qaytarılması ilə bağlı referendumun keçirilməsini dəstəkləyən moskvalıların 150 mindən çox imzasını topladı, lakin son anda bunu büdcə vəsaitlərinə qənaət etmək istəyi ilə izah edərək, onları seçki komissiyasına təqdim etməkdən imtina etdi.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr