AZ

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi razılığa gəldilər

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ölkədə təftişlərin bərpa edilməsi barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, müvafiq sənəd Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçı ilə imzalanıb.

“Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, – deyə o vurğulayıb.

Xatırladaq ki, iyunun 25-də İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləmişdi.

Seçilən
32
2
konkret.az

4Mənbələr