BAKI, 10 sentyabr. TELEQRAF
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Teleqraf xəbər verir ki, D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma reallaşıb.
Azərbaycanın yer aldığı D qrupunda Fransa seçməsi doğma meydanında İslandiyanı 2:1 hesabı ilə məğlub edib.
D qrupu
20:00. Azərbaycan – Ukrayna - 1:1
22:45. Fransa – İslandiya - 2:1
Xal durumu: Fransa – 6 xal, İslandiya – 3 xal, Ukrayna – 1, Azərbaycan – 1.
F qrupu
20:00. Ermənistan – İrlandiya - 2:1
22:45. Macarıstan – Portuqaliya - 2:3
Xal durumu: Portuqaliya – 6 xal, Ermənistan – 3, Macarıstan – 1, İrlandiya – 1.
H qrupu
22:45. Bosniya və Herseqovina – Avstriya - 1:2
22:45. Kipr – Rumıniya - 2:2
Xal durumu: Bosniya və Herseqovina – 12 xal, Avstriya – 12, Rumıniya – 7, Kipr – 4, San Marino - 0.
I qrupu
22:45. Norveç – Moldova - 11:1
Xal durumu: Norveç – 15 xal, İtaliya - 9, İsrail - 9, Estoniya - 3, Moldova – 0.
K qrupu
22:45. Albaniya – Latviya - 1:0
22:45. Serbiya – İngiltərə - 0:5
Xal durumu: İngiltərə – 15 xal, Albaniya - 8, Serbiya – 7, Latviya – 4, Andorra - 0.
Qeyd edək ki, növbəti oyunlar oktyabrda keçiriləcək.