DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İ qrupunda Norveç Moldovanı qəbul edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri rəqib qapısından 11 top keçiriblər. Görüş Norveç yığmasının 11:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda Moldova milli komandasının qapıçısı "Araz-Naxçıvan"da forma geyinən Kristian Avram olub.
Oyunda Erlinq Haaland pentatrik edib, Telo Asgard pokerə imza atıb, Feliks Horn Mire və Martin Odeqar da fərqlənənlər sırasında olub.