AZ

BMT-də Baş Assambleyanın 80-ci sessiyası öz işinə başlayıb

BMT Baş Assambleyasının yubiley - 80-ci sessiyası öz işinə başlayıb.

İclasın sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Baerbok plenar iclası açıb və o, öz vəzifələrini qərəzsiz yerinə yetirəcəyini vəd edərək çıxış edib.

"80-ci sessiyanı açaraq, mən bu təşkilatın bütün 193 üzv ölkəsinə bərabər xidmət göstərməyə sadiqəm. Mən qərəzsiz, yalnız BMT Nizamnaməsini rəhbər tutaraq vasitəçi olacağam. Mən hər kəslə, o cümlədən çox vaxt diqqətdən kənarda qalanlarla məsləhətləşəcəyəm və dinləyəcəyəm.", - o deyib.

Berbok 80-ci sessiyanın əsas hadisələrindən biri kimi qarşıdan gələn BMT Baş katibi seçkilərini qeyd edib.

Qeyd edək ki, təşkilatın hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyətləri 2026-cı ilin sonunda başa çatır.

Seçilən
5
3
apa.az

4Mənbələr