AZ

İsrailin Qətərə hücumu Tramp komandasını qəzəbləndirdi

İsrailin Qətərə hücumu ABŞ-da ciddi narazılıq yaradıb.

Musavat.com xəbər verir ki, Axios nəşri hücumun Ağ Evdə sarsıntıya səbəb olduğunu və ABŞ prezidenti Donald Trampın müşavirlərini qəzəbləndirdiyini yazıb. ABŞ tərəfi əslində HƏMAS-ın Trampın Qəzzada sülh təşəbbüsünə cavabını gözləyirdi.

Məlumata görə, Trampın nümayəndəsi Stiv Uitkoff qətərliləri əvvəlcədən xəbərdar etməyə çalışsa da, bombalar artıq hədəfə düşmüşdü. İsrailin baş naziri Benyamin Netanyahuya yaxın müşavir Ron Dermer isə planı bildiyi halda Kuşner və Uitkoffla görüşdə bunu gizlədib.

Donald Tramp Netanyahuyla telefon danışığında narahatlığını ifadə edib, lakin Netanyahu hücumun sülh prosesinə kömək edəcəyini iddia edib. Tramp isə Qətər əmiri və baş naziri ilə danışaraq “belə hücum bir daha təkrarlanmayacaq” sözünü verib.

Ağ Evin mətbuat katibi Karolin Livitt bəyan edib: “Qətər bizim güclü müttəfiqimizdir. Onun ərazisinə zərbə nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət edir”. O həmçinin bildirib ki, prezident Tramp bütün girovların və ölənlərin cəsədlərinin azad edilməsini və müharibənin dərhal dayandırılmasını istəyir.

Qeyd olunur ki, hücum ABŞ-ın regiondakı ən böyük hərbi bazasının yaxınlığında baş verib. 

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr