BAKI, 10 sentyabr. TELEQRAF
Uzun müddət İraqda girov saxlanılan həm Rusiya, həm də İsrail vətəndaşı olan tədqiqatçı Yelizaveta Surkova azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Trampın sözlərinə görə, “Kataib Hizbullah” qruplaşması döyüşçülərinin azad etdikləri qadın Bağdaddakı ABŞ səfirliyinin ərazisində təhlükəsizlikdədir.
ABŞ Prezidenti həmçinin Fələstin HƏMAS hərəkatından Qəzzada saxlanılan bütün girovları dərhal azadlığa buraxmağı tələb edib.