AZ

Qətərli nazir: HHM qüvvələrimiz İsrailin buraxdığı raketləri aşkar edə bilməyib

BAKI, 10 sentyabr. TELEQRAF

Qətərin hava hücumundan müdafiə (HHM) sistemləri İsrailin Dohaya raket zərbəsini qeydə ala və dəf edə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani mətbuat konfransında bildirib.

“Hava hücumundan müdafiə məsələsinə gəlincə, hamı sistemlərimizin İrandan atılan raketlərlə necə mübarizə apardığını və heç bir zərər dəymədən onu dəf etdiyini gördü. Təəssüf ki, İsrail bu radarın aşkar edə bilmədiyi silahdan istifadə edib”, - o qeyd edib.

Əl Taninin sözlərinə görə, ABŞ hücum barədə onları zərbədən 10 dəqiqə sonra məlumatlandırıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr