AZ

Yevlaxın bəzi ərazilərində işıq olmayacaq

Bakı. Trend:

Yevlaxda təmir işləri ilə əlaqədar elektrik enerjisininverilişində fasilə yaranacaq.

Trend xəbər verirki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyətgöstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmasıməqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləriaparılacaq.

Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağqəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə dəşəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
56
6
az.trend.az

10Mənbələr