Bakı. Trend:
Vilnüs (Litva) hava limanı səmada naməlum uçan obyekt (UNO)aşkarlandığı üçün fəaliyyətini dayandırıb.
Trend xəbər verirki, bu barədə yerli TV3 telekanalı Böhranların İdarə Edilməsi üzrəMilli Mərkəzə istinadən məlumat yayıb.
UNO-nun nə olduğu hələ açıqlanmayıb, ilkin ehtimallara görə,obyekt meteoroloji hadisə ilə səhv salına bilər. Artıq təyyarələrinqəbulu və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hadisəilə bağlı araşdırma davam edir.