AZ

Senator: Netanyahu hökuməti tamamilə nəzarətdən çıxıb

BAKI, 10 sentyabr. TELEQRAF

Netanyahu hökuməti tamamilə nəzarətdən çıxıb.

Teleqraf xəbər verir ki, bu bəyanatla solçu senator Berni Sanders çıxış edib.

O, İsrail ordusunun Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı aviazərbəsindən sonra ABŞ-ni bu ölkəyə silah tədarükünü dayandırmağa çağırıb.

“Netanyahu hökuməti tamamilə nəzarətdən çıxıb. Onlar həm Qəzzada uşaqları aclığa məruz qoyur, həm də ABŞ-nin təhlükəsizlik üzrə tərəfdaşı olan Qətəri bombardman etməklə beynəlxalq hüququ pozurlar”, - Sanders “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

“ABŞ-nin İsrailə hərbi yardımı dayandırılmalıdır”, - o tələb edib.

Seçilən
78
teleqraf.com

1Mənbələr