AZ

İddia: Ukraynada qadınlar səfərbər ediləcək

BAKI, 10 sentyabr. TELEQRAF

Ukraynada qadınların səfərbər edilməsinə hazırlıq işləri başlayıb.

Teleqraf xəbər verir ki, bu iddia ilə Rusiyanın güc strukturları çıxış edib.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin briqadalarında komandirin gender bərabərliyi məsələləri üzrə məsləhətçisi vəzifəsi təsis edilir.

“Ukrayna ordusunda şəxsi heyətin sayı sürətlə azalır, səfərbərliyə alınanların keyfiyyəti isə qənaətbəxş deyil”, - Rusiya tərəfi iddia edir.

Qeyd olunur ki, bununla əlaqədar olaraq Ukraynada artıq uzun müddətdir, qadınların səfərbərliyinə hazırlıq gedir.

Seçilən
27
teleqraf.com

1Mənbələr