İraq İsrailin Dohaya endirdiyi zərbə ilə əlaqədar Ərəb Liqasının xarici işlər nazirlərini təcili iclasını çağırıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin verdiyi bəyanatda deyilir.
“İraq Ərəb Liqası sammitinin sədri kimi ərəb ölkələrinin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini, eləcə də bu ay Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ərəb və islam ölkələrinin liderləri və nümayəndələrinin görüşünün çağırılmasına çalışmağa çağırıb”, - bəyanatda deyilir.