AZ

Tramp Şarlottada ukraynalı qaçqının qətlinə görə demokratları günahlandırıb

 ABŞ prezidenti Donald Tramp Şimali Karolinanın Şarlott şəhərində ukraynalı qaçqın İrina Zaruçkayanın qətlində şübhəli şəxsi “canavar” adlandırıb və cinayətkarlığın artmasına görə demokratların idarə etdiyi şəhərləri ittiham edib.

Ağ Evin rəsmi YouTube kanalında yayımlanan videoda Tramp ABŞ-dakı “ən təhlükəli 25 şəhərin” hamısının demokrat merlərin idarəsində olduğunu bildirib.

O, demokratları təhlükəli cinayətkarları azad buraxmaqda , “tut və burax” siyasəti tətbiq etməkdə günahlandırıb.

Tramp 23 yaşlı Zaruçkanın və hadisə yerində saxlanılan 34 yaşlı şübhəli Dekarlos Braun-un şəkillərini göstərib.

“Onu 14 dəfə həbs olunan, azadlıqda gəzən dəli canavar öldürdü,” –  Tramp vurğulayıb və amerikalıları “cinayətkarlara qarşı onlar  qədər sərt olmağa” çağırıb.

Prezident həmçinin minlərlə Milli Qvardiya hərbçisinin Vaşinqtona göndərilməsi qərarını xatırladıb.

Zaruçkaya  avqustun 22-də Şarlotta şəhərində  metro qatarında bıçaqlanaraq öldürülüb.

Sentyabrın 5-də yayımlanan videoda onun telefona baxdığı vaxt Braunun qəfil hücumu əks olunub.

Evsiz və şizofreniya diaqnozu qoyulan Braun 14 dəfə həbs olunub, beş il silahlı qarətə görə həbsdə yatıb. O, birinci dərəcəli qəsdən adamöldürmədə ittiham olunub və tibbi ekspertizaya göndərilib.

N.Təbrizli

Seçilən
28
anews.az

1Mənbələr