BAKI, 10 sentyabr. TELEQRAF
Nepalda davam edən iğtişaşlar və polis ilə toqquşmalar nəticəsində 22 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.
Teleqraf xəbər verir ki, küçə etirazıları getdikcə daha zorakı xarakter alır - nümayişçilər tikililərə od vururlar.
Etirazlar nəticəsində ölkənin baş naziri Khadqa Prasad Şarma Oli və daxili işlər naziri Rameş Lekhaka vəzifələrindən istefa veriblər.
Lakin bu istefaların da iğtişaşlara ciddi təsir göstərmədiyi bildirilir. On minlərlə etirazçı küçələri tərk etmək istəmir. Nazirlər helikopterlərlə təhlükəsiz yerlərə köçürülüb.
Etirazçılar arasında gənclərin üstünlük təşkil etməsi səbəbindən jurnalistlər onu “zumerlərin (Z nəsli) inqilabı”adlandırıblar.