AZ

Roma Papası İsrailin Qətərə hücumuna necə reaksiya verdi?.. Vatikan radiosu

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

" "Reuters" agentliyindən verdiyi xəbərə görə, ilk amerikalı Vatikan rəhbəri olan Papa Leo əvvəlki Papa Fransiskdən fərqli olaraq daha diplomatik və ehtiyatlı yanaşmalar sərgiləsə də, bu dəfə İsrailin Qətərdəki "HƏMAS" liderlərinə qarşı hücumunun nəticələri ilə bağlı qeyri-adi bir şəkildə ciddi narahatlıq bildirib".

Moderator.az xəbər verir ki,  bunu "İRNA" agentliyi yazıb. Məlum olur ki, bu barədə ilk olaraq "Vatikan" radiosu məlumat yayıb.

"Kastel Qandolfodakı yay iqamətgahının yaxınlığında jurnalistlərlə danışan Papa "Çox ciddi xəbərimiz var: İsrailin Qətərdəki bəzi "HƏMAS" liderlərinə qarşı hücumundan", - deyə bildirib.

Papa Leo əlavə edib: "Bütün vəziyyət çox ciddi görünür. Biz vəziyyətin necə inkişaf edəcəyini bilmirik. Həqiqətən də çox ciddi bir məsələdir."

Adətən Vatikanın ehtiyatlı diplomatik dilinə riayət edən Leo, son dövrlərdə İsrailin Qəzza əməliyyatlarına dair tənqidlərini artırıb",- xəbərdə belə deyilir.

"İşlərin hara getdiyini bilmirik. Biz çoxlu dua etməli, işləməyə və sülh üçün təkid etməliyik".- Vatikan radiosu Papanın eyni çıxışda bu fikirləri də söylədiyini bildirib.

"İRNA"-nın çərşənbə axşamı günü verdiyi xəbərə görə, İsrailin ordusu və "Şabak" təhlükəsizlik xidməti, Qətərin Doha şəhərində "HƏMAS" liderlərinin təcili yığıncağına qarşı hava hücumunu öz üzərlərinə götürüblər. Bu yığıncaq ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs təklifini müzakirə etmək məqsədilə təşkil olunmuşdu.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
moderator.az

2Mənbələr