AZ

Nepalda etirazlar şiddətlənir, ölümlər artır

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nepalda kütləvi etirazlar şiddətli xarakter alıb, 20-dən çox şəxs ölüb

Nepalda hökumətin bir sıra sosial şəbəkələri qadağan etmək qərarına görə başlayan gənclərin kütləvi etirazları Zoomer inqilabı adlandırılıb.

Bakupost bu barədə "The New York Times" qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, küçə etirazları getdikcə daha şiddətli xarakter alıb, nümayişçilər binaları yandırıb. İğtişaşlar və polislə toqquşmalar nəticəsində yüzlərlə insan yaralanıb, 22 nəfər ölüb.

Etirazlar hakimiyyətin istefasına səbəb olsa da, ölkədə vəziyyət normallaşmayıb. Nümayişçilər təkərləri yandırır, hökumət məhəlləsində və parlamentin ərazisində nəqliyyatın hərəkətini iflic edir.

Nəşrin yazdığına görə, on minlərlə etirazçı küçələrdə qalıb. Onlar dövlət qurumlarına hücum edərək yolları bağlamağa davam edirlər. Orduya məxsus helikopterlər bəzi nazirləri təhlükəsiz yerlərə aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
3
www.bakupost.az

4Mənbələr