AZ

Rusiya Donetskdə qırğın törətdi - pensiyalarını almaq üçün növbə gözləyən dinc əhali bombalandı...


Ukraynaya hücumlarını davam etdirən Rusiya Donetsk vilayətinin Yarova kəndinə zərbələr endirib. Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin Rusiyanın günorta saatlarında həyata keçirdiyi hücum nəticəsində ən azı 21 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını bildirib.

"Ruslar pensiyalarını almaq üçün növbə gözləyən mülki insanları hədəf aldı. Bu, müharibə deyil, birbaşa terrordur" - deyə qubernator bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyanın hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti Rusiyanın hücumlarına cavab verməyə çağırıb.

"Rusiyanın amansız hava hücumu birbaşa mülki insanları hədəf aldı. Danışmağa söz yoxdur. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Rusiyanın bu hücumları cavabsız qalmamalıdır, lazımi reaksiyalar verilməlidir. Rusiya yeni sanksiyalara və güclü zərbələrə məruz qalmadan dinc insanları məhv etməyə davam edəcək. Dünya səssiz və laqeyd qalmamalıdır. ABŞ, Avropa və G20 cavab verməlidir. Rusiyanın ölümlərə səbəb olmasının qarşısını almaq üçün güclü addımlar atılmalıdır” - deyə Zelenski bildirib.

Rusiyanın hədəf aldığı Yarova kəndi Ukraynanın Slovyansk şəhərindən təxminən 20 kilometr, Ukrayna ilə Rusiya arasındakı cəbhə xəttindən isə cəmi 9 kilometr aralıdadır.

TAHİR

Seçilən
62
baki-xeber.com

1Mənbələr