AZ

Tramp gecə restorana gəldi, etirazlarla qarşılandı –FOTO

Prezident Donald Trampın gecə yerli restorana gedərkən etirazçılarla üz-üzə gəlib.

AzPost bildirir ki, bu barədə NBC News xəbər verir.

Prezident Tramp vitse-prezident J.D.Vans, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də daxil olmaqla administrasiya rəsmilərinin müşayiəti ilə kortejlərdə Ağ Evin yaxınlığındakı Joe’s Seafood, Prime Steak və Stone Crab-a gəlib.

Tramp restoranın qarşısında jurnalistlərə qısa danışıb, burada onu alqışlarla və “azad Fələstin” şüarları ilə qarşılayıblar. İçəri girən kimi o, müştəriləri salamlayarkən əllərində Fələstin bayraqları tutan bir qrup etirazçı “Azad Vaşinqton, azad Fələstin, Tramp dövrümüzün Hitleridir” şüarları səsləndirməyə başlayıb.

Etirazlara görə məsuliyyəti Code Pink fəal qrupu öz üzərinə götürüb. Qrupun sosial media hesablarına yerləşdirilən videoda Trampın etirazçılara yaxınlaşdığını, daha sonra onların qarşısında dayanaraq gülümsədiyini görmək olar. Daha sonra o, onlara getmələri üçün işarə edir. Bir etirazçı “O, Vaşinqtonda icmaları terror edir” dedikdən sonra  onları restorandan çıxarıblar.

AzPost.az

Seçilən
30
1
azpost.info

2Mənbələr