AZ

Braziliyalı hücumçu "Araz-Naxçıvan"ın məşqçilərini sevindirdi

Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılacaq “Araz-Naxçıvan” hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədə səbəbindən oyunlarda iştirak etməyən braziliyalı hücumçu Ramon Maçado fərdi məşqlərə başlayıb.

O, fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında tapşırıqları yerinə yetirir.

“Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 12-də, saat 17:45-də, Qəbələ şəhər stadionunda keçiriləcək.

Seçilən
2
sportinfo.az

1Mənbələr