“Spacecraft Development and Production” MMC vibrasiya test sisteminə 1 233 739 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Sentek Dynamics” həyata keçirəcək.
Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Spacecraft Development and Production” 2024-cü ildə yaradılıb. Hüquqi ünvanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") eynidir - Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72.
Nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Fariz Əli oğlu Əliyevdir. F.Əliyev "Azərkosmos"un Tədqiqat və inkişaf mərkəzinin direktorudur.
Cabir
Tarix: 10 Sentyabr 2025, 08:56