AZ

"Şahdəniz"dən indiyədək əldə olunan qaz və kondensat həcmi açıqlanıb

Bakı. Trend:

İlk hasilatdan 2025-ci ilin ikinci rübünün sonunadək"Şahdəniz"dən ümumilikdə təqribən 250 milyard kubmetr qaz və 51milyon ton kondensat əldə olunub.

Bu barədə Trendbp-yə istinadən xəbər verir.

"Şahdəniz" yatağından hasil edilən təbii qaz Cənub Qaz Dəhlizivasitəsilə təxminən 3500 km məsafə qət edərək Xəzərdən Avropayaçatdırılır.

Ümumilikdə, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı,işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun 1996-cıildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyəminib.
Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz vəkondensat yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildəkəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarətolan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qazlayihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixracedən ölkə kimi tanıdıb.

İlkin qaz satışları 2006-cı ildə başlayıb. 2007-ci ildəBakı-Tbilisi-Ərzurum boru kəməri istifadəyə verildikdən sonraAzərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyəbaşlayıb. Beləliklə, Azərbaycan qaz idxal edən ölkədən qaz ixracedən ölkəyə çevrilib.

Seçilən
17
3
az.trend.az

4Mənbələr